Rusiya Ukraynanın işğalı planını təsdiqlədi - Şok
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın işğalı planını təsdiqlədi - Şok

Rusiyada sülhməramlı əməliyyat adı altında Ukraynanın işğalını nəzərdə tutan planın son notları başa vurulmaqdadır. Hətta konkret işğal məsələsi gündəmə gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Ukrinform”a səhih məlumat Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən daxil olub. Mənbə bildirib ki, işğal məsələsi təkrar gündəmə gəlib və “sülhməramlı dəstələrin” tərkibinin 60 faizi Rusiya ordusunun əsgərlərindən komplektləşəcək.

İşğal vaxtı isə xırda korrektələrdən sonra dəqiqləşəcək. “Sülhməramlı əməliyyat” Luqansk və Donbas vilayətlərini əhatə edəcək.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Xidmətinin rəhbəri Andrey Parubiy bir qədər öncə keçirdiyi mətbuat konfransında Rusiyanın böyük təxribatlara hazırlaşdığını bildirmişdi.

- See more at: http://axar.az/news/23003#sthash.YrVUKzOD.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm