İŞİD qadını zorlayanı asdı
Bizi izləyin

Dünya

İŞİD qadını zorlayanı asdı

İraq Şam İslam Dövləti (İŞİD) silahlıları yeni bir edam həyata keçiriblər.

Publika.az-ın məlumatına görə, İŞİD silahlılarının cəza tətbirləri və insanlara qarşı zorakılıqları sərhəd tanımır.

Ötən gün qruplaşma üzvlərindən biri sosial şəbəkədə mühacir qadınları zorlamaqda təqsirli bilinən bir nəfəri edam ediblər. Hamının qarşısında meydanda asıb başqalarının da ibrət almasını istəyiblər. Daha sonra isə onlar edam şəklini paylaşaraq, "Bu dindən qovulmuş (mürtəd) şəxsin öldürülmə səbəbi mühacir qadınlara təcavüz etmək olub" , deyə qeyd ediblər.

Xatırladaq ki, onlar bundan əvvəl öz üzvlərindən birini oğurluq etməkdə günahlandıraraq edam etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm