Tbilisidə Saakaşvilinin ən yaxın adamı həbs edildi
Bizi izləyin

Dünya

Tbilisidə Saakaşvilinin ən yaxın adamı həbs edildi

Tbilisinin keçmiş meri Georgi Uqulava həbs edilib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dünən axşam prokurorluğun verdiyi vəsatətdən sonra məhkəmə keçmiş merin saxlanılması haqda qərar çıxarıb.

Məhkəmə iclası 5 saat davam edib. Qərar elan edildikdən sonra prokurorluq işçiləri ilə Uqulavanın tərəfdarları arasında insident baş verib. Prokurorluq işçiləri məhkəmə binasını polisin mühafizəsi altında tərk ediblər.

Qeyd edək ki, Uqulava çirkli pulların yuyulması, ofşor zonalardan Gürcüstana ötürülən iri pul məbləğlərinin Saaakaşvilinin Milli Müqavimət Hərakatına çatdırılmasında ittiham olunur. Həmçinin o, iyunun 15-də Marneuli seçki dairəsinin işinə maneçilik törətməkdə də cavabdehlik daşıyır.

Bunlar sübuta yetirilərsə, keçmiş meri 12 ilədək həbs cəzası gözləyir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm