Həzrəti Əli İŞİD-i 14 əsr əvvəl xəbər vermişdi – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Həzrəti Əli İŞİD-i 14 əsr əvvəl xəbər vermişdi – ŞOK İDDİA

Əhli Beyt alimlərindən olan Ərsan Baydəmir əhli sünnə qaynaqlarında yer alan hədisə əsasən, Həzrəti Əlinin 14 əsr bundan əvvəl İŞİD-in meydana gələcəyi və törədəcəyi qətliamları bütün təfərrüatları ilə xəbər verdiyini deyib.

Publika.az həmin alimin bu araşdırmasını təqdim edir.

Əhli Sünnə alimlərindən olan Naim Bin Xammadın “Kitab-ul Fitən” adlı kitabında “Fi Huruci Bən-i AAbbas” bölümündə olan rəvayət bu cürdür:

“Qara bayraqlar gördünüzsə, yerə qapanın, əllərinizi, ayaqlarınızı tərpətməyin. Çünki zəif bir qruplaşma gələcək. Ki, onları heç kim ciddiyə almaz, ürəkləri dəmir parçası kimi olar, dövlət iddiaları olar, əhdə vəfa göstərməz, razılığa gələrlər, ancaq sonra əməl etməzlər, hamını haqqa çağırarlar, ancaq özləri haqq əhli deyillər, adları ləqəblərdən ibarətdir (Əbu Bəkir kimi), saçları qadın saçı kimidir, sonra da aralarında ixtilaf düşər və Allah haqqı istədiyinə bəxş edər”.

Bu hədisdə göstərilən işarələr:

  1. Qara bayraqlar
  2. Zəifdirlər
  3. Ürəkləri dəmir parçası kimi qatı və mərhəmətsizdir
  4. Dövlət sahibidirlər (yəni bu cür bir iddia ilə ortaya çıxarlar)
  5. Haqqa çağırarlar, ancaq haqq əhli deyillər
  6. Ad əvəzinə ləqəblərdən istifadə edirlər (Əbu Bəkir, Əbu Zeyd, Əbu Salman və s.)
  7. Saçları qadın saçı kimidir (foto və videolarda göründüyü kimi, çoxunun, xüsusən də komandirlərinin saçı uzundur)

Beləliklə, bu 7 özəlliyi İŞİD asilərində görmək mümkündür.

Əvvəldə işlədilən “əlinizi və ayağınızı tərpətməyin” cümləsindən iki şey başa düşmək olar. Birincisi, onlara biət eləməyin. Çünki videolarda göründüyü kimi, işğal etdikləri hər yerdə əllərini bir-birinin üstünə qoyub biət alırlar. İkincisi də, qətiyyən bunları haqq bilib dəstək olmayın, arxalarınca getməyin.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm