Neofaşistlər Kiyev əhalisini təhdid edir
Bizi izləyin

Dünya

Neofaşistlər Kiyev əhalisini təhdid edir

Ukrayna paytaxtında bir qrup neofaşist yapon üslubunda tikilməsi planlaşdırılan parkın hasarını uçuraraq yandırıblar.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, sərhəddə Rusiya ilə müharibə getdiyi vaxtda neofaşistlər paytaxt sakinlərini qorxu altında saxlayırlar.

Radikal təşkilat “C-14” adlanır. Təşkilatın başçısı isə Vorteks ləqəbi ilə tanınan Yevgeni Karasdır.

Maydan hadisələri baş verəndə Karasın adamları Yanukoviç hakimiyyəti ilə savaşmaqdan daha çox sol partiyaların nümayəndələrini döyməklə yadda qalıb. “Kommunistləri döymək hər bir ukraynalının hobbisinə çevrilməlidir” deyən Karas hələ maydan hərakatının başlanğıcında Lvovda faşist paradı keçirərək irqçi şüarlar səsləndirmişdi. Lvov meri o vaxt bu hadisəni şəhər üçün qara ləkə adlandırdı.

Neofaşistlərin “qəhrəmanlığı” yalnız dinc əhalinin məskunlaşdığı, döyüş əməliyyatlarının getmədiyi ərazilərdə özünü büruzə verir. Ukraynanın şərqini separatçılardan təmizləmək isə ağıllarından keçmir. Düzdür, ilk vaxtlarda Karas öz dəstəsini Kramatorska apardı. Ancaq ilk döyüşdəcə neofaşitstlər bütün heyətlə fərarilik etdilər.

Ukrayna qəzetləri yazır ki, cəbhədə döyüşlərin getdiyi vaxtda radikalların irqi ayrıseçkilik salması cəmiyyəti parçalamağa yönəlib və hökumət bunun qarşısını almalıdır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm