Dünyanın ən zəngin prezidentləri
Bizi izləyin

Dünya

Dünyanın ən zəngin prezidentləri

Dünyanın ən zəngin prezidentinin adına aydınlıq gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə "Huffington Post" məlumat yayıb. Nəşrin hesabatına görə, dünyanın zəngin siyasətçisi Rusiya prezidenti Vladimir Putindir. RF prezidentinin 40-70 milyard dollar arasında var-dövləti olduğu təxmin edilir.

Siyahıda ikinci sırada 30 milyard dollarlıq büdcəsi ilə Tayland kralı Bhumibol Adulyadejdir. Üçüncü sırada isə Bruney sultanı Hassanal Bolkiah qərarlaşıb. Sultanın varidatının 20 milyard dollar civarında olduğu deyilir. Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Abdul Əziz əl Saud isə 18 milyardlıq var-dövləti ilə siyahıda 4-cü yerdədir. İlk beşliyi 15 milyard dollarlıq varidatı ilə Şeyx xəlifə Bin Zayid əl Nahyan tamamlayır.

6-cı sırada digər bir ərəb, Ərəb Əmirlikləri baş nazirinin müavini Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum 4 milyard dollar ilə yer alır. Lixtenşteyn şahzadəsi Hans Adam və Şimali Koreya lideri Kim Çen In isə hərəyə 5 milyard dollarlıq sərvətləri ilə siyahıda 7 və 8-ci sıraları bölüşdürürlər.

Dünyanın aparıcı fövqəldövlətlərinin rəhbər şəxsləri isə təsəvvür ediləndən xeyli kasıb imişlər. Belə ki, ABŞ prezidenti Barak Obamanın və Almaniya baş naziri Angela Merkelin fərdi sərvəti hərəyə 12 milyon dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm