Hərbçilərimiz Fransada paradda iştirak edəcək
Bizi izləyin

Dünya

Hərbçilərimiz Fransada paradda iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, iyulun 6-dan 15-dək Fransanın paytaxtı Paris şəhərində 1-ci Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parad, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tbilisi şəhərində hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən isə iyulun 7-dən 8-dək Çexiyanın Vişkov şəhərində 2014-cü il əməliyyat atıcılıq kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm