Ukrayna ordusu Slavyanskı azad etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu Slavyanskı azad etdi

Ukraynanın şərqində aprel ayından separatçıların nəzarətində olan Slavyansk şəhəri azad edilib. Bu haqda Ukraynanın UNIAN informasiya agentliyi xəbər verir.

Şahidlərin sözlərinə görə, Slavyanskda iki tank, bir BTR, üç yük və bir neçə minik maşını var.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Valeri Qeletey prezident Pyotr Poroşenkoya Slavyanskın Nikoloyevka qəsəbəsinin azad edilməsi ilə bağlı məruzə edib. Nazir bildirib ki, əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin 50-dən çox üzvü, o cümlədən bir qrup Rusiya vətəndaşı əsir götürülüb. İki sutka girovluqda olan 150 qadın və uşaq isə azad edilib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov son vəziyyətlə bağlı bildirib ki, Slavyanskdakı separatçıların başçısı, Rusiya vətəndaşı, «Strelkov» ləqəbli Igor Girkin qaçıb.

120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların tutduğu ilk şəhərlərdən olub. Separatçılar şəhəri aprelin 6-da ələ keçirmişdilər.

Prezident Poroşenko Slavyansk şəhər şurası üzərində Ukrayna bayrağının qaldırılmasına göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm