Ukrayna ordusu Donetskə girməyə hazırlaşır
Bizi izləyin

Dünya

Ukrayna ordusu Donetskə girməyə hazırlaşır

Separatçılar Donetsk vilayətinin digər şəhərlərini tərk edərək mərkəzdə yerləşən Donetsk şəhərinə toplaşır.

ANS PRESS-in məlumatına görə, separatçılar müxtəlif istiqamətlərdən maşın karvanları ilə şəhərə daxil olur. Rusiyameyilli silahlılar güclərini birləşdirərək Donetsk şəhərində mövqelərini möhkəmləndirməyə çalışır. Bu onunla bağlıdır ki, Ukrayna hərbçiləri Rusiya sərhədində nəzarəti gücləndirdiynə görə, Rusiya ərazisindən separatçılara heç bir dəstək gəlmir. Artıq separatçıların silah və qida ehtiyatının azaldığı bildirilir.

Qeyd edək ki, Ukrayna ordusu artıq Slavyask şəhərində nəzarəti bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm