"Müsəlman Qardaşlar"ın liderinə ömürlük həbs
Bizi izləyin

Dünya

"Müsəlman Qardaşlar"ın liderinə ömürlük həbs

Misir məhkəməsi "Müsəlman Qardaşlar" hərəkatının lideri Məhəmməd Bədiənin ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Publika.az-ın məlumatına görə, M.Bədiə hərəkatın digər rəhbərləri və yüzlərlə tərəfdarı islamçıların dəstəklədiyi sabiq prezident Məhəmməd Mursinin 2013-cü ilin yayında devrilməsindən sonra məhkəməyə verilib. Həmçinin "Müsəlman Qardaşlar"ın Misirdə fəaliyyəti qadağan edilib.

Təşkilatın rəhbərliyi və tərəfdarları barəsində onlarla məhkəmə işi qaldırılıb. Onlar əsasən zorakılığın artırılması, sui-qəsdlərin törədilməsi, həbsxanadan qaçışların təşkili, həmçinin casusluqda təqsirləndirilirlər.

Bundan əvvəl məhkəmə keçmiş prezident M.Mursi kimi, eyni vaxtda bir neçə cinayət işinin iştirakçısı olan M.Bədiəyə qarşı bu cinayətlərin ikisinə görə ölüm hökmü çıxartmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm