Abbas Abbasova görə Dağıstan rəhbəri topa tutuldu
Bizi izləyin

Dünya

 Abbas Abbasova görə Dağıstan rəhbəri topa tutuldu

Azərbaycanda da tanınan rusiyalı siyasətçi Aleksandr Fomenkov Dağıstan Respublikasının rəhbəri Ramzan Abdulatipovu tənqid atəşinə tutub.

Axar.az xəbər verir ki, belə mövqe tutmasına səbəb Abdulatipovun Abbas Abbasovla dostluq münasibətlərinin olmasıdır.

“Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı yazısında Fomenkov bildirib ki, əgər Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqant, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur.

Fomenkov daha sonra vurğulayıb ki, Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır:

“Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun “papağı” yerə düşəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm