İstanbul 150 milyard dollara Çinlə birləşir
Bizi izləyin

Dünya

İstanbul 150 milyard dollara Çinlə birləşir

Çin Dəmir Yolu, “İpək Yolu” adını verdiyi 150 milyard dollarlıq sürətli qatar hazırlanmasına sərmayə qoyacaq.

ANS PRESS-in məlumatına görə, 2020-ci ildə hələlik qismən dövrəyə girəcək sürətli qatar xətti Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və İran üzərindən Türkiyəyə çatacaq.

Çin rəhbərliyi Sincan Uyğur Muxtar bölgəsindən Türkiyəyə uzanacaq sürətli qatar xətti üçün 150 milyard dollar sərmayə qoymağı gözdən keçirib. Çinin ən böyük lokomotiv və vaqon istehsalçısı olan “CSR”in Başçısı Jao Xsiaoyanq, Sincanda başlayacaq 6 min kilometr uzunluğundakı sürətli qatar xəttinin Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyəyə uzanacağını qeyd edib.

“China Daily” qəzetinə danışan Jao, cəmi 150 milyard dollarlıq sərmayə tələb edən xəttin 2020-ci ildə qismən xidmətə girə biləcəyini və 2030-da isə tam bitəcəyini söyləyib. Xəttə "Yeni İpək Yolu" adı verən Jhao, qatarın sürətinin sərnişinlər üçün saatda 200 kilometr, yük qatarları üçün isə saatda 160 kilometr olacağını bildirib.

Çinli mütəxəssislər "Dəmir İpək Yolu" dediyi proyektə Pekin rəhbərliyinin böyük prioritet verdiyi və maliyyələşdirmə mövzusunda əli açıq davranmağa hazır olduğunu bildirib. Ancaq İstanbul üzərindən Avropaya çatacaq nəhəng layihənin həyata keçməsi üçün hər şeydən əvvəl Orta Asiya ölkələri arasında geosiyasi uzlaşmanın təmin edilməsi zərurətdir. Bundan əlavə proyektlə əlaqədar saysız-hesabsız maliyyə və texniki xüsusiyyətli problemlərin həlli lazımdır. Dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib olan Çin, 4 trilyon dolları aşan xarici ticarətinin təxminən yarısını Avropa, Yaxın Şərq və Orta Asiya ölkələriylə edir. Lakin bu ticarətin dəniz yollarından asılılığı var. Pekin rəhbərliyi, xüsusilə ABŞ-ın da daxil olduğu mübahisəli dəniz sərhədlərinin yaratdığı potensial risk səbəbiylə dəmiryolu layihəsinə birinci dərəcədə strateji əhəmiyyət verilir.

Qeyd edək ki, Çin ilə dəniz qonşuları olan Yaponiya, Filippin və Vyetnam arasında isti qarşıdurma riskli suverenlik problemləri var və bu problemlər gün keçdikcə ciddiləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm