Ukrayna hərbçiləri daha 2 şəhəri azad ediblər
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri daha 2 şəhəri azad ediblər

Rusiyayönümlü dəstələr Donetsk yaxınlığında yerləşən daha 2 şəhəri tərk edib.

Publika.az-ın məlumatına görə, Drujkovka və Konstantinovkada artıq Ukrayna nəzarətindədir. Bu barədə Ukraynanın "Donbass" batalyon komandiri Semyon Semyonçeko bildirib. "Kəşfiyyat qrupları şəhərə daxil olub. Artıq terrorçuların minalaşdıra biləcəyi mümkün obyektlərin xəritəsi tərtib olunur. Konstantinovka administrasiyası üzərində Ukrayna bayrağı dalğalanır” – deyə Semyonçeko şəxsi “Facebook”səhifəsində yazıb.

Eyni zamanda RİA Novosti bildirir ki, Ukrayna ordusu Donetsk yaxınlığında yerləşən Karlovka kəndində yaraqlıların cəmləşdiyi nöqtələri atəşə tutub. Əks tərəfin fikrincə, Ukrayna ordusu bununla Donetsk aeraportuna keçməyə çalışırlar. Donetsk mərkəzində də atışma səsləri eşidilib. Orada da özünü elan etmiş dəstələrin BMP, zenit silahları və tanklardan ibarət qüvvələri mövcuddur. Hazırda atəş dayanıb.

Qeyd edək ki, Qondarma Donetsk Xalq Respublikasının silahlıları şənbə günü bir neçə şəhəri tərk ediblər.



























Oxumağa davam et
Reklam
Reklam

Gündəm