Dünya
İŞİD darmadağın oldu
İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə
terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan
qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı
bildirilib.
Publika.az-ın məlumatına görə, Ənbar əməliyyat komandiri
general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə
mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında
yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə
yaralanıb. Bundan başqa, “İŞİD”ə aid 5 hərbi vasitənin
yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3
əsgərinin yaralandığını bildirilir.
Qeyd edək ki, bir müddətdir İraqda silsilə vəhşiliklər həyata
keçirən “İŞİD”ə aid silahlı qruplaşmalar Mosul, Tikrit, Baxibə və
Telafer şəhərlərini, bundan başqa Ənbar, Əl-Qaim, Ravə, Aneh, Ratbə
və Hadisə kəndlərini ələ keçirib. Qarşıdurmalar səbəbilə təxminən 1
milyon vətəndaş köç etmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif
yerlərində “İŞİD” ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar
davam edir. İraq ordusu “İŞİD”ə aid silahlı qruplaşmaların
nəzarətində olan bölgələrə hava hücumları təşkil edir.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin