Dünya
Ərdoğan 30 min nəfərə iftar verdi
AKP-dən prezidentliyə namizədliyi irəli sürülən, baş
nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Samsun şəhərində təşkil
etdiyi mitinq sonrası samsunlularla iftar süfrəsində iştirak
edib.
ANS PRESS-in məlumatına görə, baş nazir və prezidentliyə namizəd
Rəcəb Tayyib Ərdoğan, Mustafa Kamal Atatürkün 19 May 1919 tarixində
Qurtuluş mübarizəsinin başlatmaq üçün Samsuna ayaq basdığı Tütün
lövbərində təxminən 30 min nəfər adamla iftarını açıb.
Samsun Respublika Meydanındaki mitinqdən sonra Samsun valisi Hüseyn
Aksoyu ziyarət edən baş nazir Ərdoğan, daha sonra iftara qədər
istirahət edib. Top partladılandan təxminən 3-4 dəqiqədən sonra
Qurtuluş Yoluna gələn Baş nazir Ərdoğanı vətəndaşlar ayaqda
alqışlayıb.
İftar yeməyini yedikdən sonra Samsunlulara xitab edən baş nazir
Ərdoğan, "Prezident seçkisi əvvəli sizlərlə bir yerdə olduq. İndi
iftar süfrəsində sizlərlə birlikdəyik. Fərqli bir səfərin
içərisindeyik. Bu səfər ilk dəfə millətin, ölkənin öz başçısını
seçəcəyi bir seçki yoludur. Bu seçki səfərində inanıram ki, Samsun
o qurtuluş mübarizəsində necə bir ilk addım oldusa, bunda da yenə
bir ilk addım olacaq və fərqliliyini ortaya qoyacaq. Siz 30 martda
onsuz da fərqliliyinizi ortaya qoydunuz. İnşallah bu yalnız 30
martın davamı deyil, 2015-ci il üçün bir işarə olacaq" deyən
siyasətçi bir daha yüksək çıxış qabiliyyətin göstərib.
"42 il xalqa ağalıq üçün deyil, xidmət üçün çalışdıqlarını söyləyən
baş nazir Ərdoğan, "Bizi zəif salmaq istəyənlərə qarşı, siyasətlə
xarici manevrlər edənlərə qarşı biz bir olacağıq, böyük olacağıq,
canlı olacağıq, özü olacağıq, qardaş olacağıq, bütöv Türkiyə
olacağıq. Həmd olsun təhsildə, iqtisadiyyatda, sağlamlıqda,
nəqliyyatda, ədalətdə, təhlükəsizlikdə haradan haralara gəldiyimiz
ortadadır. Unutmayın, bu ölkədə imam natiq məktəblərində belə,
qızlarımızın başı bağlı məktəblərə gedə bilmədiyi yerlər var.
Universitetlər elə idi. İndi belə bir şey qaldımı? 4+4+4 ilə bir
dəyişmə reallaşdırdıq. Artıq hicablı da, başı açıq da bütün təhsil
haqqlarından istifadə edir. Bu ölkədə bu azadlıqların önündəki
maneə qalxdı mı? Qalxdı. Burada iqtidarımızın məharəti sizlərin
dəstəyi ilə oldu. Sizlər bizə səlahiyyət verdiniz, bizdə bu
səlahiyyəti səbrlə və mətanətlə yerinə yetirdik. Bu ayrı-seçkiliyi
edənlər kimdi görəsən? Bunları sizlər çox yaxşı bilirsiniz. Bu
ayrı-seçkiliyi edənlər utanmadan sıxılmadan bizə ayrı-seçkilik şəri
atırlar. Bunu onsuz da xüsusilə millətim, vətəndaşlarımızın,
qardaşlarımın inanmadığı üçün bu oyunlar millətimə təsir etmədiyi
üçün 30 martda da siz onlara ən gözəl cavabı verdiniz. Paralel
quruluşuyla, Pensilvanyasıyla “CHP”si, “MHP”si hamısı bir araya
gəldilər. Biz xalqa ağalıq üçün çalışmadıq, xidmət üçün çalışdıq.
Həmd olsun xalqa xidmət bizim gücümüz oldu. Çünki biz bilirdik ki,
xalqa xidmət haqqa xidmətdir. Bunun da bərəkətini gördük. Çox
böhtanlar atdılar. Bundan sonra da atacaqlar. Çünki meyvəsi yeyilən
ağac daşlanar. Bunlar çox təhqirlər edəcəklər, lakin bunu
bilmələrini istəyirəm ki, biz o təhqirlərə o dillə cavab
verməyəcəyik. Onlara o dildən cavab verəcək olanlar çıxar" - deyə
baş nazir bildirib.
Baş nazir çıxışından sonra iftara gələn daun sindromlu bir uşağı
yanına çağırıb. Bir müddət onunla söhbət edən baş nazir Ərdoğan,
"Mən səni sevirəm bilirsənmi? Sən nə qədər sevirsən? Bir göstər
baxaq" deyib. Daun sindromlu uşaq da mikrofonu əlinə alaraq,
"Hörmətli baş nazirimiz Rəcəb Tayyib Ərdoğan ilə yola davam"
şüarını çatdırıb.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR