Almaniyadan xəbərdarlıq: “Çin casusları güclənir”
Bizi izləyin

Dünya

Almaniyadan xəbərdarlıq: “Çin casusları güclənir”

Almaniyanın Daxili Kəşfiyyat rəhbəri Hans Qeorq Masen kansler Anqela Merkeli Çin kəşfiyyatı barədə xəbərdar edib.

Axar.az xəbər verir ki, kəşfiyyat rəhbəri Çin Təhlükəsizlik Xidməti tərəfindən sənayedə casusluq hallarının baş verməsi barədə Anqela Merkeli məlumatlandırıb.

Masenin sözlərinə görə, kiçik və orta biznes Çin kəşfiyyatı üçün asan gəlir mənbəyidir.

Qeyd edək ki, Merkel kansler olduğu müddət ərzində Pekinə 7-ci səfərinə başlayacaq. Bir neçə iri alman iş adamları ilə Çinə yollanan alman liderinin səfəri 3 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm