Dünya
İŞİD darmadağın oldu
İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə terror
təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan
qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı
bildirilib.
ANS PRESS-in məlumatına görə, Ənbar əməliyyat komandiri
general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə
mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında
yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə
yaralanıb. Bundan başqa, “İŞİD”ə aid 5 hərbi vasitənin
yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3
əsgərinin yaralandığını bildirilir.
Qeyd edək ki, bir müddətdir İraqda silsilə vəhşiliklər həyata
keçirən “İŞİD”ə aid silahlı qruplaşmalar Mosul, Tikrit, Baxibə və
Telafer şəhərlərini, bundan başqa Ənbar, Əl-Qaim, Ravə, Aneh, Ratbə
və Hadisə kəndlərini ələ keçirib. Qarşıdurmalar səbəbilə təxminən 1
milyon vətəndaş köç etmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif
yerlərində “İŞİD” ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar
davam edir. İraq ordusu “İŞİD”ə aid silahlı qruplaşmaların
nəzarətində olan bölgələrə hava hücumları təşkil edir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO