Geri çəkilən terrorçuların əsas gücü məhv edilib
Bizi izləyin

Dünya

Geri çəkilən terrorçuların əsas gücü məhv edilib

Ukrayna ordusu Slavyanskı tərk etmiş terrorçuların əsas gücünü məhv edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Valeriy Qeletey TSN kanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, şənbə günü təxminən 2 min terrorçu Donetsk vilayətinin Slavyansk və Kramatorsk rayonlarını tərk edərək, Donetsk və Qorlovkaya geri çəkilib. O, antiterror əməliyyatların cənub istiqamətdə davam etdiriləcəyini deyib.

Bundan əvvəl isə “Donetsk Xalq Respublikası”ndan bildirilib ki, Slavyanskı tərk edən döyüşçülər avtomobillərin işıqlarını söndürməyi unudub və bu, onların antiterror gücləri tərəfindən asanlıqla aşkar olunmasına gətirib çıxarıb. Terrorçuların “Qrad” reaktiv yaylım atəş sistemi ilə məhv edildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm