Yanukoviçin partiyası fəaliyyətini dayandırır
Bizi izləyin

Dünya

Yanukoviçin partiyası fəaliyyətini dayandırır

Ukraynada hakim Regionlar Partiyasının (RP) fraksiyası partiyanın fəaliyyətinin fraksiyanın proqram prinsiplərinə uyğun gəlməməsi ilə əlaqədar öz fəaliyyətini dayandırdığını və özünü buraxılmış elan edib. Bu barədə Trend yerli KİV-ə istinadən məlumat verir.

Partiyada inanırlar ki, RP-nin hazırkı fəaliyyəti Ukraynanı birləşdirmir, əksinə, parçalayır. Bundan başqa, partiya üzvləri münaqişənin güc yolu ilə həllinə çağıran digər vilayət şuralarındakı həmkarlarını qınayırlar. Onlar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Habelə partiya üzvləri əmindirlər ki, danışıqlar deyil, qəti hərəkətə keçmək vaxtıdır. Deputatlar növbədənkənar seçkilərin keçirilməsinə çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm