Strateji plan: Donetsk və Luqansk bombalanmayacaq, amma…
Bizi izləyin

Dünya

Strateji plan: Donetsk və Luqansk bombalanmayacaq, amma…

“Ukrayna ordusu Luqansk və Donetsk şəhərlərinə birbaşa hücuma hazırlaşmır. Vilayət mərkəzləri mühasirəyə alınacaq”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval deyib.

“Dəqiq strateji plan mövcuddur və Ali Baş Komandan tərəfindən təsdiq edilib. Strateji planda iki vilayət mərkəzi barədə qırmızı xətt var. Bu şəhərlərin tam mühasirəsi həyata keçiriləcək. Bu isə separatçıların təslim olmasına gətirib çıxaracaq”, - M.Koval dilə gətirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko da dünən bildirib ki, Donetsk və Luqansk şəhərlərinə aviasiya zərbələri endirilməyəcək.

“Donetsk Xalq Respublikası” isə bu gün “Mərkəzi Hərbi Şura”nın iclasını keçiriləcək. Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti, Donetskdə döyüşən rusiyayönümlü silahlıların rəhbəri İqor Strelkov şəhərin aktiv müdafiəyə hazırlaşdığını bildirib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti 5 iyulda Slavyansk və Kramatorskda antiterror əməliyyatının tamamlandığını elan etdi. İyulun 6-da isə Artemovsk və Drujovka Ukrayna ordusunun əlinə keçib. Hazırda separatçıların əlində Donetskin şərq əraziləri qaldı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm