Qanuni oğrunu Tailandda döydülər
Bizi izləyin

Dünya

Qanuni oğrunu Tailandda döydülər

Çeçen qanuni oğru Hüseyn Axmetov 48 yaşını qeyd etməyə hazırlaşarkən bütün planları pozulub.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bir müddətdir Tailandda yaşayan çeçen qanuni oğru evdən çıxanda naməlum şəxslər onu arxadan dəmir parçası ilə vurublar. Axmetov huşunu itirdikdən sonra möhkəm döyülüb.

Əslində, qanuni oğru düşməninin kim olduğunu yaxşı bilir. Bir müddət əvvəl “Kostıl” ləqəbli qanuni oğru dostu barədə “sxodka”da qərar çıxarılanda Axmetov neytrallığını saxlamış, dostunu müdafiə etməmişdi. İndi isə keçmiş dost, çox güman ki, onu döydürməklə xəyanətin cəzasız qalmadığını göstərmək istəyib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm