Sərkisyanın təhlükəli səfəri: Qarabağ tanına bilər
Bizi izləyin

Dünya

Sərkisyanın təhlükəli səfəri: Qarabağ tanına bilər

Ermənistan prezidenti Serj Sərkisyan Cənubi Amerika turnesinə çıxıb. Sərkisyan Uruqvayda da olacaq. Həmin Uruqvay ki, 1965-ci ildə “erməni soyqırımı”nı tanıyan ilk ölkədir. Uruqvar parlamentinin spikeri iki il əvvəl Dağlıq Qarabağda olub və separatçı qurumun tanınması ehtiyacını dilə gətirdi.

Publika.az-ın verdiyi xəbərə görə, Sərkisyanın Cənubi Amerika səfərini şərh edən Naira Ayrumyan eyni addımı atmağa Uruqvay və Argentinanın daha yaxın olduğunu bildirib.

Erməniləri düşündürən bir məsələ isə Dağlıq Qarabağın tanınacağı halda bunun ətrafındakı 7 rayonla birlikdə baş verib-verməyəcəyidir. Bu günlərdə erməni qəzetlərindən birinə müsahibə verən ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib ki, əgər kimsə Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun bütöv olduğunu düşünürsə, həmin şəxs nizamlanma prosesindən uzaqdır. Halbuki Ermənistan “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon” ifadəsinə qarşıdır.

Erməni eksperti N.Ayrumyan da qeyd edir ki, Qarabağın beynəlxalq tanınmasında “Dağlıq Qarabağ və 7 rayon”un bütöv olduğu qeyd olunmalıdır. “Başqa cür nizamlanma bizə lazım deyil. Ola bilər ki, bu barədə Serj Sərkisyan Uruqvay prezidenti ilə görüşdə fikrini bildirəcək”, - o dilə gətirib.

Bundan əvvəl isə ABŞ-ın 5 ştatı Dağlıq Qarabağın müstəqilliyini tanıyıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm