İŞİD FİFA-YA XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Dünya

İŞİD FİFA-YA XƏBƏRDARLIQ ETDİ

İslaminsesi.az-ın Alalam.ir-ə istinadən vediyi xəbərə görə, İŞİD 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kuboku yarışlarının başqa ölkə ilə əvəz olunmasını FİFA-dan tələb edib.

Əl-Vətən qəzetinin məlumatına əsasən, İŞİD-in liderlərindən olan Əbu Səyyaf Ənsarinin məktubunda deyilir:

”İslam Xilafəti əsgərlərindən Beynəlxalq Futbol Federasiyasının prezidenti cənab Yozef Blatterə!

Bildirirəm ki, İslam Xilafəti dövləti təşkil olunub. Qətərdə heç bir Dünya Kuboku yarışları keçirilə bilməz. Çünki Qətər İslam Əmirliyinin bir hissəsi olaraq müsəlmanların xəlifəsi Əbu Bəkr Bağdadi tərəfindən idarə olunur. O, müsəlman torpaqlarında əyləncə, fəsad və təxribata yol verməyəcək. Buna görə sizə təklif edirik ki, bu yarışların ev sahibliyini başqa ölkəyə keçirəsiniz.

Əks halda, bu yarışlar zamanı partlayış əməliyyatları törədiləcək“.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm