İranla ABŞ arasında 1 milyardlıq anlaşma
Bizi izləyin

Dünya

İranla ABŞ arasında 1 milyardlıq anlaşma

Bioyanacaq hesabına elektrik enerjisi istehsalı üzrə ortaq kommersiya layihəsi çərçivəsində İran hökuməti ilə ABŞ şirkəti arasında 1.175 milyard dollar həcmində anlaşma imzalanıb.

Musavat.com-un İSNA-ya istinadən verdiyi məlumata görə, müqavilənin imzalayan “World Eco Energy” Kaliforniya şirkəti anlaşma şərtlərinə əsasən, zibilin yandırılması, yosunların, duzların və çirkab suların təzədən emalı hesabına gündə 250 meqavat enerji almaq niyyətindədir.

Layihə İranın cənub-şərqində iri müəssisəsinin tikintisini nəzərdə tutur. Müəssisədə 600-700 yeni iş yeri olacaq. Onların 80%-i yerli sakinlər hesabına doldurulacaq. Layihə bu ilin sentyabrından həyata keçirilməyə başlanmalıdır.

Müşahidəçilərin fikrincə, anlaşmanın imzalanması iqtisadi sanksiyaların bütünlüklə aradan qaldırılacağı təqdirdə İrana yatırımları bərpa edəcək Qərb biznesi üçün siqnal rolu oynayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm