• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin aldığı silah sifarişlərinin məbləğini açıqladı

  • Dünya
  • 7 İyul 2014 14:05
  • 814 Baxış
Putin aldığı silah sifarişlərinin məbləğini açıqladı

Rusiya 2013-cü ildə 15,7 milyard dollar dəyərində silah və hərbi texnika satıb. 2014-cü ilin əvvəlində isə silah sifarişləri 35 milyarddan çox dollar təşkil edib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi bu məlumata görə, bu barədə Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında prezident Vladimir Putin bildirib.

V.Putin 2014-cü ilin ilk yarımilliyində 5,6 milyard dollarlıq silah satıldığını bildirib. Putin vurğulayıb ki, hərbi-texniki əməkdaşlıq ölkənin ən mürəkkəb və məsuliyyətli sahələrindən biridir. Rusiya prezidenti yaranmış pozitiv tendensiyaları möhkəmləndirməyin vacib olduğunu dilə gətirib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Rusiya dünyanın ən böyük silah ixracatçılarının siyahısında ABŞ-dan sonra ikinci yeri tutur. Ümumilikdə isə siyahının ilk beşliyində ABŞ (30%), Rusiya (26%), Almaniya (7%), Fransa (6%) və Çin (5%) qərarlaşıb.


Dünyanın əsas 5 silah idxalçısı isə Asiyada yerləşir. Birinci yerdə Hindistandır. Sonrakı yerləri Çin, Pakistan, Cənubi Koreya və Sinqapur tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR