Putinə xəbərdarlıq: “Tanklar dünyasında yaşamırıq”
Bizi izləyin

Dünya

Putinə xəbərdarlıq: “Tanklar dünyasında yaşamırıq”

“Rusiya prezidenti Vladimir Putin Krımı əlində tutmaq üçün heç bir şansa malik deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Polşanın keçmiş prezidenti Lex Valensa ölkəsinin ictimai kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Krımı Ukraynaya daha sürətli şəkildə qaytaracaq.

“Putin öz təxəyyülünə müvafiq olaraq hərəkət edə, sərhədləri bağlaya və ya tankları göndərə bilər. Amma bu gün başqa bir dünyada yaşayırıq. Rusiya Krımı qaytaracaq. Axı biz tanklar deyil, ağıl və danışıqlar dünyasında yaşayırıq”, - L.Valensa bildirib.

Polşanın keçmiş prezidenti güzəştlərə məhkum olduqlarını dilə gətirib: “Kimlər ki tankları göndərir, o, mütləq uduzmalıdır. Hazırda Avropada demokratik güclərin dialoqunu qaydaya salmaq vacibdir. Avropa və qlobal həmrəylik çox əhəmiyyətlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm