Çarəsizlikdən ölülərini satırlar - FOTO
Bizi izləyin

Dünya

Çarəsizlikdən ölülərini satırlar - FOTO

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada dəfn əməliyyatları 5 min avroya çatınca böhrandan əziyyət çəkən ailələr ölülərini xəstəxana və tibb fakültələrində buraxmağa başlayıb. Yaranan vəziyyət özü qədər böyük yeni bir skandala da yol açıb. İnsanlar artıq ölüləri dəfn yerinə araşdırmalarda istifadə edilməsi üçün satır.

Madrid Complutense Universiteti Tibb Fakültəsi meyitxanasında 250 cəsədin parçalanmış halda tapıldığı barədə məlumatlar yayılıb. Cəsədlərin təcrübə üçün parçalandığı bildirilir. Universitetin sahibsiz olan və ya bağışlanan bu cəsədləri xüsusi firmalara təcrübə üçün 750 avroya satıldığı da ortaya çıxıb.

Bəzi həkimlərin isə bu cəsədlərlə xüsusi klinikalarda tələbələrə pul qarşılığında əlavə kurslar verdiyi məlum olub. Görüntülərin İspan televiziyalarında yayımından sonra fakültə dekanı José Ramón Mérida istefa vermək məcburiyyətində qalıb.

İspaniya hökuməti iqtisadi böhrana görə ölülər üzərində ticarət edənlərə qarşı tədbirlərə başlayıb.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm