• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya ABŞ-ı Quantanamodan “vurdu”

  • Dünya
  • 27 Yanvar 2014 18:41
  • 901 Baxış
Rusiya ABŞ-ı Quantanamodan “vurdu”

Rusiya Xarici İşlər Nazirliyinin insan haqlarından məsul olan səlahiyyətlisi Konstantin Dolqov Quantanamo həbsxanasının tezliklə bağlanılmasını istəyib.Publika.Az –ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, hərbi həbsxananın Barak Obamanın prezident səlahiyyətlərinin başa çatmasına qədər bağlanmasının vacib olduğunu dilə gətirib.

K.Dolqov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Quantnamo həbsxanasında saxlanılan Rusiya vətəndaşı Ravil Minqazovun hüquqlarının qounmasına çalışacaq. Rusiya mətbuatına görə, Quantanamo həbsxanasında saxlanılan təxminən 150 məhkumdan biri də Rusiya vətəndaşı Ravil Minqazovdur. ABŞ kəşfiyyatı R.Minqzovun Pakistanda terrorçu düşərgəsində təlim aldığı vaxt tutulduğunu iddia edir. Rusiya tərəfi isə 2002-ci ildən bu yana vətəndaşına qarşı heç bir rəsmi ittiham irəlıi sürülmədiyini və hər hansı bir istintaq əməliyyatının icra edilmədiyini bildirir.

Moskva Rusiya vətəndaşı R.Minqazovu azad etmək istəsə də, 12 ildir ki, buna nail ola bilmir. K.Dolqov Rusiya nümayəndə heyətinin Quantanamo ziyarətuində R.Minqazovla saat yarım söhbət edə bildiklərini deyib. “Rusiya nümayəndə heyətinin Quantanamo həbsxanasına etdiyi ziyarətdən sonra Moskvanı yenidən buna inandı: Bu həbsxana tezliklə bağlanılmalıdır. Bu həbsxanada insan haqları ən kobud şəkildə pozulub və pzulmaqda davam edir”, - K.Dolqov söyləyib.

2013-cü ildə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komissiyasının başçısı Aleksey Puşkov da Quantanamo və Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-dakı gizli bazalarında insan hüquq və azadlıqlarının kobud şəkildə pozunduğunu iddia etmişdi.

Rusiya Xarici İşlər Nazirliyi 2012-ci ilin yanvar ayında hazırladığı 100 səhifəlik bir hesabatda Quantanamoda saxlanılan məhkumlara işgəncələr verildiyini bildirərək Vaşinqtonu tənqid etmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR