Dünya
İranda yaşı 15-dən çox olmayan 31 min qız uşağı ərə gedib
İranda ötən ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) yaşı 15-dən aşağı olan 31 min nəfərə yaxın qız nikaha daxil olub.
Trend-in məlumatına görə, bu barədə İran üçün Ədalət Təşkilatı (Justice For Iran) İranın Vətəndaşlıq Vəziyyəti Aktları Təşkilatının statistikasına istinadən xəbər yayıb.
Statistikaya əsasən, bu müddət ərzində qeydə alınmış evliliklərin üçdə biri (36 faizi) 19 yaşından aşağı qızlara aiddir.
Məlumata əsasən, bu müddət ərzində ailə həyatı qurmuş qızların 178
min nəfəri 15-19 yaşlı qızlar olub.
Ötən ilin statistikası ilə 2012-ci ilin statistikasının müqayisəsi göstərir ki, yaşı 15-dən aşağı olan qızların nikaha girməsi hallarının sayı artıb. Belə ki, ötən ilin ilk 9 ayında (İranda il martın 21-də dəyişir) 10-14 yaşlı qızlar 30 956 halda nikaha daxil olmuşdularsa, bu rəqəm 2012-ci ildə 29 827 olub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK