Ukraynada dəmiryol xəttində partlayış törədilib (VİDEO)
Bizi izləyin

Dünya

Ukraynada dəmiryol xəttində partlayış törədilib (VİDEO)

Ukraynanın Donetsk vilayətində qatarla birlikdə dəmiryol körpüsü partladılıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, qatar Slavyansk-Donetsk-Mariipol xətti ilə hərəkət edirdi.

Qatar körpü ilə birlikdə avtomobil yolu üzərinə düşdüyündən avtomobillərin hərəkətində də məhdudiyyət yaranıb.

Bundan əvvəl isə 27 iyun tarixində Donetsk vilayətinin dəmiryol xəttinin Oqorodnıy stansiyasında daxilolma işıqforu və istiqamət keçidi arasındakı dəmiryol körpüsündə iki partlayış baş vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm