BP dünyanın neft ehtiyatlarını açıqladı
Bizi izləyin

Dünya

BP dünyanın neft ehtiyatlarını açıqladı

Dünyada daha 53,3 il istifadə oluna biləcək neft ehtiyatı var.

Publika.az-ın məlumatına görə, BP şirkətinin ötən il üçün hazırladığı qlobal neft ehtiyatları hesabatında göstərilir ki, dünya neft ehtiyatlarının miqdarı ötən il 2012-ci illə müqayisədə 1,1 faiz artaraq təxminən 1,7 trilyon barelə çatıb. Bu da dünyada 53,3 il istifadə oluna biləcək qədər neft ehtiyatlarının mövcudluğu deməkdir. Qlobal neft ehtiyatlarının böyük qismi ABŞ-dadır. Hazırda bu ölkə 44,2 milyard barel neft ehtiyatına malikdir.

ABŞ-dakı “Bakken”, “Eagle Ford” və “Permiyen” hövzələrində istifadə ediləcək üfüqi qazma texnologiyası sayəsində ölkədə daha çox neft çıxarmaq mümkün olacaq.

“Permiyen” hövzəsində ABŞ-ın neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq həcmdə qazma işləri həyata keçiriləcək.

“Pioneer Natural Resources” şirkətinin apardığı araşdırmalara əsasən, yatağın neft potensialı 75 milyard barel həcmində qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm