Dünyanın ən böyük məscidi tikilir
Bizi izləyin

Dünya

Dünyanın ən böyük məscidi tikilir

Barselonada dünyanın ən böyük məscidlərindən biri tikiləcək.

Publika.az-ın məlumatına görə, məscidin tikintisinə 2,2 milyard avro xərclənəcək.
İspaniya mətbuatının yazdığına görə, Qatar əmiri 2,2 milyard avroluq lahiyəni maliyyələşdirməyə razılıq verib.

Məsciddə 300 metr hündürlüyü olan minarələr olacaq.

Barselona bələdiyyəsi və şəhərin xristian əhalisi məscidin tikilməsinə etiraz etmədiyi bildirilir.

Məscidin tikintisi 5 il davam edəcək. Dini mərkəzdə bütün müsəlman cərəyanlarının üzvləri ibadət edə bilər.

Qeyd edək ki, Barselona İspaniyada ən böyük müsəlman icmasına malik şəhərdir. Məscidin tikintisində 4 min insan işləyəcək.

Məsciddə 40 min insan eyni vaxtda ibadət edə biləcək. Məsciddə 300 şagirdə "Qurani - Kərim"in öyrənilməsi də həyata keçiriləcək. Kompleksdə konfrans zalı, İslam mədəniyyət və incəsənət, elmi araşdırmalar mərkəzi, restoran və pərakəndə muzey üçün yerlər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm