Obamaya "mavi" dedilər
Bizi izləyin

Dünya

Obamaya "mavi" dedilər

Qalmaqallı məşhur amerikalı aktrisa və televiziya aparıcısı 81 yaşlı Coan Rivers yenidən diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, bu dəfə ABŞ prezidenti və onun xanımı aktrisanın xüsusi yumorunun qurbanı olub.

Jurnalistin “Amerikada nə vaxt prezident "mavi" olacaq?” sualına Coan belə cavab verib: "Bizdə artıq beləsi var: Obama. Onun arvadı Mişel isə transseksualdır. Bunu hamı bilir".

Öz "zarafatlar"ı üçün Rivers üzr istəməyi düşünmür. Əksinə, televiziya aparıcısı ictimaiyyəti inandırır ki, onun fikirləri yalnız yumoristik xarakterlidir.

Coan Rivers CNN kanalına şərhində birinci xanıma komplement etdiyini bildirib: "O, cazibədar, yüksək, gözəl bədənli və böyük üzlüdür. Ən gözəl qadınlar transseksuallardır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm