Dünyada ən çox doğuş olan ölkələr- Siyahı
Bizi izləyin

Dünya

Dünyada ən çox doğuş olan ölkələr- Siyahı

Artıq sirr deyil ki, iqtisadiyyatı inkişaf etmiş, maddi təminatın yüksək olduğu, elmi-intellektual potensiala malik cəmiyyətin formaşaldığı ölkələr əhalinin artımı baxımından ciddi problemlərlə üzləşirlər.

Adətən belə ölkələr əhalisinin azalmasını, iqtisadiyyatın inkişaf etdirilməsi üçün lazım olan işçi qüvvəsini başqa ölkələrdən muzd qarşılığında gələn miqrantlar hesabına ödəyirlər. Əksinə, iqtisadi-sosial münasibətlərin zəif inkişaf etdiyi kasıb ölkələrdə isə müasir tibbi yeniliklərin hesabına ölüm hallarının azaldılması əhalinin kəskin artımı ilə müşayiət olunur. Dünyada ən yüksək doğum göstəricisinə malik ölkələrə nəzərə saldıqda bu tendensiyanın doğru olduğunu görmək mümkündür.

“Qafqazinfo” modern.az saytına istinadən hər min nəfər sakin düşən yüksək doğum göstəricisinə malik ölkələrin ilk onluğunu təqdim edir.

1. Konqo Demokratik Respublikası – hər 1000 nəfərə 49,6 uşaq doğulur.

70,9 milyon nəfər sakinə malik bu Cənubi Afrika dövlətində illik artım 3,2%-ə çatır. Orta hesabla hər qadın ömrü boyu 6,1 uşaq dünyaya gətirir. Dünyanin ən geridə qalmış ölkələrindən sayılan Konqo Demokratik Respublikası tibb xidmətlərinin aşağı, ölüm hallarının yüksək səviyyədə olması ilə seçilir. Hər 1000 doğuşun 79-u ölümlə nəticələnir. Orta ömür isə kişilər üçün 53, qadınlar üçün isə 57-dir. Başqa bir problem isə konqoluların 4,2%-nin QİÇS xəstəliyindən əziyyət çəkməsidir. Lakin bütün bunlara baxmayaraq, Konqo Demopkratik Respublikası dünyada ən yüksək doğum göstəricilərinə malikdir.

2. Qvineya-Bissau – hər 1000 nəfərə 49,6 doğuş. Afrikanın Qərbində yerləşən bu dövlət 36 min kvadrat kilometr əraziyə malikdir və “qara qitə”də cırtdan ölkə sayılır. Qvineya-Bissaunun əhalisi 1,6 milyon nəfərə çatır. Ölkədə illik artım 2%-ə çatır. Hər qvineyalı qadın həyatı boyunca orta hesabla 4,6 uşaq dünyaya gətirir. Hər 1000 nəfər sakinə düşən doğum sayına görə Konqo Demokratik Respublikası ilə yanaşı dayanan Qvineya-Bissau sosial-iqtisadi həyatının çox aşağı olması ilə seçilir. Belə ki, ölkədə orta ömür 48 ildir. Hər 1000 körpədən 98-i vəfat edir. Ölkədə QİÇŞ xəstəliyindən əziyyət çəkənlərin sayı əhalinin 1,8%-dir.

3. Liberiya Respublikası – hər 1000 nəfərə 49,6 doğuş düşür. Afrikanın Qərbində yerləşən Liberiya da doğum nisbətinə görə Qvineya-Bissau ilə eyni göstəriciyə malikdir. 3,69 milyon əhalisi olan Liberiya hər il 2,8% artır. Hər liberiaylı qadın ümumilikdə 5,2 uşaq dünyaya gətirir. Orta ömür kişilərdə 55, qadınlarda isə 58 ildir. Liberiya sakinlərinin 1,7%-i QİÇS xəstəliyindən əziyyət əkir.

4. Niger – hər 1000 nəfərə 49 doğuş. Dünyanın ən böyük 21-ci ölkəsi olan Niger 17,4 milyon nəfər əhaliyə malikdir və bu say durmadan artıq. Bu ölkənin əhalisi ildə 3,7% artır. Nigerdə orta ömür kişilərdə 52, qadınlarda isə 54 ildir. Hər 1000 doğuşun 118-i ölümə nəticələnir. Niger sakinlərinin 0,8%-i QİÇS daşıyıcısıdır.

5. Əfqanıstan – hər 1000 nəfərə 48,2 doğuş. Orta Şərqin dənizə çıxışı olmayan və müharibələrin fasilə vermədiyi Əfqanıstan dünyanın ən yüksək doğum göstəricisinə malik dövlətlərindəndir. Burada illik artım 2,6%-ə çatır. Hər 1000 doğuş zamanı 247 ölüm hadisəsi yaşanır. Bu göstərici ilə Əfqanıstan dünyada 1-ci yeri tutur. Orta ömür göstəricisi isə 44,6 ilə bərabərdir.

6. Uqanda – hər 1000 nəfərə 47,49 doğuş. Şərqi Afrika dövləti olan Uqanda 34,7 milyon nəfər əhaliyə malikdir. Burada illik artım 3,6%-ə çatır. Hər bir uqandalı qadın ömrü boyu 6,73 uşaq dünyaya gətirir. Hər 1000 doğuş faktı 64 körpənin ölümü ilə müşahidə olunur. QİÇS virusu 6,4% uqandalını əhatə edir. Uqanda həm də dünyanın ən gənc əhalisinə malikdir.

7. Mali – hər 1000 nəfərə 45,62 doğuş. Afrikanın daha bir təmsilçisi Mali Respublikası dənizə çıxışı olmayan 15,9 milyon əhalisi olan dövlətdir. Əhalisinin ildə 2,6% artdığı respublikada hər qadına ildə 7,4 uşaq düşür. Lakin səhiyyə sahəsinin zəif inkişaf etməsi hər 1000 doğuşun 114-də ölümcül sonluğa aparır. 1,5% malili QİÇS virusunun daşıyıcısıdır. Ora yaş 52 ildir.

8. Zambiya – hər 1000 nəfərə 44,08 doğuş. Cənubi Afrikada yerləşən və dənizə çıxış olmayan bu ölkə də doğum tempinə görə lider ölkələrdən sayılır. Zambiyanın 14,2 milyon əhalisi ildə 1,6% artır. Hər qadına orta hesabla 5,07 uşağın düşdüyü bu kasıb Afrika dövlətində hər 1000 doğuş hadisəsi zamanı 100 ölüm faktı qeydə alınır. QİÇS virusu zambiyalıların 15,2%-ni əhatə edir. Orta yaş 48 ildir.

9. Somali Federativ Respublikası – hər 1000 nəfərə 43,70 doğuş. Faktiki olaraq vahid dövlət kimi fəaliyyət göstərməyən Somali Şərqi Afrika dövlətidir. Sahəsi 637 min 657 kvadrat kilometr olan bu ölkədə 10,2 milyon nəfər yaşayır. Burada orta ömür 45,33-dür. Somalidə qeydə alınan hər 1000 doğuşun 122-si ölümə nəticələnir. Buna baxmayaraq, ölkə əhalisi il ərzində 2,1% artır.

10. Burkina-Faso – hər 1000 nəfərə 43,59 doğuş. Sahəsi 273,187 kvadrat kilometr, əhalisinin sayı 15,7 milyon nəfər olan Burkina-Fasoda doğum göstəricilərinə görə seçilən dövlətlərdən sayılır. Hər qadının 6,2 uşaq dünyaya gətirdiyi ölkədə hər 1000 doğum hadisəsinin 83-ü körpənin ölümü ilə başa çatır. BMT-nin məlumatlarına görə orta ömür bu ölkədə 53 ildir. QİÇS virusuna yoluxma halı isə ümumi əhalinin 1,6-%-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm