Rusiyadan müstəqil Kürdüstan xəbərdarlığı
Bizi izləyin

Dünya

Rusiyadan müstəqil Kürdüstan xəbərdarlığı

Rusiya müstəqil Kürdüstan dövlətinin yaranmasını istisna etmir.

ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov "Ria Novosti"yə verdiyi açıqlamada terrorçu qrupların Yaxın Şərqi təhdid altında saxladığını bildirib:

"İraqın parçalanması vəziyyətində müstəqil Kürdüstan ortaya çıxacaq. Rusiya olaraq İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq Moskva terror qruplarının ölkəni parçalamağa aparması vəziyyətində müstəqil Kürdüstanın yaranmasını istisna etmir".

İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi lazım olduğunu bildirən Rusiya rəsmisi Yaxın Şərqin xəritəsinin dəyişə biləcəyini bildirib: "Terrorçuların hücumları nəticəsində yalnız İraqda deyil, Yaxın Şərqin digər ölkələrində də ifrat tərəfdarı və islam ideologiyasına söykənən dövləti ortaya çıxa bilər".

Boqdanova görə, İraqda xəlifəliyi elan Iraq və Şam İslam Dövləti Suriya, Livan, Fələstin və İordaniyanı də ələ keçirib, geniş bir coğrafiyada fəaliyyət qurmaq istəyir:

"Rusiya, beynəlxalq təşkilatlar, bölgə ölkələri və yerli qruplarla görüşərək İraqın bütövlüyünün qorunmasına çalışır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm