• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ABŞ Ukrayna hərbçilərinə zirehli gödəkçə verdi

  • Dünya
  • 8 İyul 2014 01:40
  • 347 Baxış
ABŞ Ukrayna hərbçilərinə zirehli gödəkçə verdi

Amerika Birləşmiş Ştatları Ukrayna ordusuna dəstək məqsədi ilə "İnterseptor" tipli 2 min zirehli gödəkçəni aidiyyəti qurumlara təhvil verəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin Feysbuk səhifəsində məlumat yayılıb. Qeyd olunub ki, müəyyən gömrük prosedurlarından sonra gödəkçələr Ukrayna Müdafə Nazirliyinin balansına veriləcək, oradan isə lazımı istiqamətlərdə paylanılacaq.

Hərbi ləvazimat Ukrayna Müdafiə Nazirlyinin xahişi əsasında gətirilib. Məqsəd hərbçilərin həyatının qorunmasının təşkilidir.

Xatırladaq ki, "İnterseptor" gödəkçələri son model kimi ən etibarlı qoruma mexanizmi sayılır. ABŞ və NATO əsgər və zabitləri Əfqanıstan, habelə digər qaynar bölgələrdə bu gödəkçələrdən geniş şəkidə istifadə ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR