Slavyansk xarabalığa çevrildi
Bizi izləyin

Dünya

Slavyansk xarabalığa çevrildi

Ukraynanın şərqində separatçılarla Ukrayna ordusu arasında baş verən qarşıdurmalarda Slavyansk şəhəri xarabalığa çevrilib.

Axar.az xəbər verir ki, bütün infrastrukturu dağıdılan şəhərdə qida çatışmazlığı yaşanır.

Artıq bu gündən başlayaraq ordu qüvvələrinin silahlı nəzarəti ilə şəhərə hissə-hissə qida və dərman preparatları gətirilir.

Elektrik və təbii qazın olmadığı şəhərin mərkəz meydanında ağır texnika və tankların müşayiəti ilə ərzaq şəhər əhalisinə paylanılır.

Qeyd edək ki, şəhər Ukrayna ordusunun tərəfindən ələ keçirilsə də, kiçik qarşıdurmalar hələ də davam edir. Qarşıdurmalar səbəbindən uzun müddət şəhərə qida gətirilməsinin mümkünsüz olması şəhərdə həyatı iflic edib.

- See more at: http://axar.az/news/23226#ad-image-0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm