Yunanıstan daha 1 milyard borca düşdü
Bizi izləyin

Dünya

Yunanıstan daha 1 milyard borca düşdü

Yunanıstanın Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) bu ölkəyə 1 milyard avro məbləğində vəsaitin ayrılmasına qərar verib.

Publika.az-ın məlumatına görə, Aİ-nin 18 ölkəsinin maliyyə nazirliklərinin rəsmiləri, Avropa Komissiyası və Avropa Mərkəzi Bankının təmsilçilərindən ibarət işçi qrupu Yunanıstanın kreditorlar tərəfindən irəli sürülən şərtləri yerinə yetirdiyini göstərdi.

Qeyd edək ki, uzun müddətdir maliyyə böhranı keçirən Yunanıstan əvvəlki illərdə bir çox dövlət qurumunu özəlləşdirməyə, kiçik turistik adalarını isə satışa çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm