Bolqarıstan Türkiyə sərhədində sədd çəkir
Bizi izləyin

Dünya

Bolqarıstan Türkiyə sərhədində sədd çəkir

Bolqarıstanla Türkiyə sərhədində sədd çəkilir. Bolqarıstanın müdafiə naziri Angel Naydenovun sözlərinə görə, ölkəsinin Türkiyə ilə sərhədində tikilən 30 kilometr uzunluğunda sədd yaxın günlərdə təhvil veriləcək.

Publika.az-ın məlumatına görə, bu sədd Suriyadan Bolqarıstana gələn qaçqın axınının qarşısını almaq üçün inşa edilir.

Qeyd edək ki, Suriyada baş verən münaqişələr nəticəsində Bolqarıstan da kütləvi qaçqın axını ilə qarşılaşıb.

Ölkənin iqtisadi böhran vəziyyətində olmasına baxmayaraq, qaçqınlar üçün düşərgələr salınıb və onlara müxtəlif yardımlar göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm