• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu foto amerikalı diplomatı “arzuolunmaz şəxs” etdi

  • Dünya
  • 8 İyul 2014 11:10
  • 402 Baxış
Bu foto amerikalı diplomatı “arzuolunmaz şəxs” etdi

Bəhreyn amerikalı diplomatı “arzuolunmaz şəxs” ("persona-non-qrata") elan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ölkə rəhbərliyi ABŞ Xarici İşlər Nazirliyinin demokratiya və insan haqları üzrə məsləhətçisi Tom Malinovskinin ölkəni dərhal tərk etməsini istəyib.

Bahreyn Xarici İşlər Nazirliyinin açıqlamasında T.Malinovski “müəyyən bir siyasi partiyanın üzvləri ilə bir araya gələrək digər siyasi qruplara laqeyd yanaşmaqda” ittiham olunur.

Siyasi partiyanın adı çəkilməsə də, bəhreynli səlahiyyətlilər bunun ölkədəki ən böyük şiə siyasi partiyası “Əl Vifak”ın olduğunu bildirir. Partiya rəhbəri, şiə din adamı Əli Salman və partiyanın digər rəhbərləri bazar günü keçirilən görüşün fotosunu “tvitter”də paylaşmışdı. Ölkəyə gəldiyi ilk gün şiə liderlərlə görüşən Malinovskinin səfərinin üç gün davam edəcəyi bildirilirdi.

“Ərəb Baharı”nın təsiri ilə şiə çoxluğun etirazlarına səhnə olan, ancaq ayaqda qala bilən Bahreyn rəhbərliyi ölkəyə səfər edən Qərb rəsmilərinin müxalif liderlərlə görüşünə həssas yanaşır.

Orta Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən olan Bahreyn bu ölkənin 5-ci donanmasına ev sahibliyi edir. ABŞ Bahreyndəki etiraz aksiyalarında əl-Xəlifə rəhbərliyinə qarşı səssiz qaldığına görə ittiham olunmuşdu. Ölkə əhalisinin 70 faizini şiələr təşkil etsə də, iqtidarda 1783-cü ildən indiyə kimi sünni əl-Xəlifə ailəsidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR