Şimon Peresdən sürpriz zəng: “Xalqımın adına utanıram”
Bizi izləyin

Dünya

Şimon Peresdən sürpriz zəng: “Xalqımın adına utanıram”

İsrail prezidenti Şimon Peres yəhudilər tərəfindən qaçırıldıqdan sonra yandırılaraq öldürülən Əbu Hudayrla bağlı sürpriz bir addım atıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Şimon Peres Əbu Hudayrın atasına zəng edərək başsağlığı verib.

“Utanc hissi ilə kədərinizi paylaşıram. Oğlunuz cinayətkarlar tərəfindən öldürülüb. Xalqımın adına utanıram. Qalan uşaqlar ölməməli və daha çox ana gözyaşı tökməməlidir”, - prezident deyib.

Daha əvvəl də İsrail baş naziri Benyamin Netanyahu Əbu Hudayrın ailəsinə başsağlığı vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm