Şirkət İŞİD-ə görə adını dəyişir
Bizi izləyin

Dünya

Şirkət İŞİD-ə görə adını dəyişir

Mobil pulqabı üzrə ixtisaslaşan ABŞ şirkəti adını dəyişir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Isis CEO Michael Abbott” şirkətinin qısaldılmış adı olan “ISİS” sözü terror təşkilatı İŞİD-in (“İraq Şam İslam Dövləti”) adına oxşar olduğundan şirkət rəhbərliyi belə bir addım atmağa qərar verib.

Şirkət rəhbərliyindən verilən məlumata görə, qanlı əməlləri ilə tanınan bir təşkilatla eyni adı daşımaq istəmədikləri üçün ad dəyişikliyə hazırlaşırlar.

“Isis CEOi Michael Abbott” ad dəyişikliyinin heç də asan olmadığını, ancaq bunun şirkət, eyni zamanda, tərəfdaşları və müştəriləri üçün doğru bir qərar olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm