Ukrayna zirehli təcili yardım avtomobillərinin istehsalına başlayır
Bizi izləyin

Dünya

Ukrayna zirehli təcili yardım avtomobillərinin istehsalına başlayır

Ukrayna hərbi texnika istehsalı sahəsində dünyada bir ilkə imza atacaq.

Publika.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Nikolayevsk hərbi zavodunda zirehli təcili tibbi yardım avtomobillərinin istehsalı başlayacaq.

Zavodun mətbuatla əlaqələr şöbəsinin yaydığı məlumata görə, zirehli təcili yardım avtomobili eyni zamanda 10 yaralını daşıya biləcək. Dünyada hələlik analoqu olmayan bu maşında yaralılara ilkin tibbi yardım göstərilməsi üçün hər bir şərait var.

Artıq Ukrayna Müdafiə Nazirliyi zavodun yeni məhsulu ilə maraqlanmağa başlayıb. İlkin olaraq zirehli tibbi yardım avtomobillərinin Ukraynanın şərqində gedən əməliyyat zonasına göndəriləcəyi xəbər verilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm