Terrorçuların bir həftə vaxtı qalıb
Bizi izləyin

Dünya

Terrorçuların bir həftə vaxtı qalıb

Ukraynanın şərqində antiterror əməliyyatları hakimiyyətin istədiyi şəkildə davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatları komandanlığı son bir neçə günlə bağlı hesabat verib.

Hesabata görə, Slavyansk, Kramatorsk və Konstantinovka şəhərləri, Artemovsk, Drujovka və Nikolayevka qəsəbələri, “Doljanski” sərhəd-buraxılış məntəqəsi terrorçulardan azad edilib. Kiyevin qarşısında hazırda duran əsas hədəflər terrorçuların blokpostlarının məhv edilməsi, Ukrayna-Rusiya dövlət sərhədi üzərində nəzarətin bərpası, münaqişə zonasının təcrid edilməsi, yollar, körpülər və binaların minalardan təmizlənməsidir.

Ukraynalı politoloq Vitaliy Bala hesab edir ki, əməliyyatın əsas mərhələsi bu həftə ərzində başa çata bilər. Onun fikrincə, Ukrayna-Rusiya sərhədinin tam olaraq bağlanmasına qədər terrorçular Ukrayna ərazisini tərk etməyə çalışacaqlar. O, Ukraynanın qələbəyə əmin olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm