Jurnalistlər AŞPA-da aksiya keçirib
Bizi izləyin

Dünya

Jurnalistlər AŞPA-da aksiya keçirib

Yanvarın 27-də Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlər AŞPA-nın getməkdə olan prezidenti Jan-Klod Minyonun mətbuat konfransında etiraz aksiyası təşkil ediblər.Amerikanın Səsinin müxbirinin məlumatına görə, onlar sinələrinə üzərində “Press” y

Yanvarın 27-də Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlər AŞPA-nın getməkdə olan prezidenti Jan-Klod Minyonun mətbuat konfransında etiraz aksiyası təşkil ediblər.Amerikanın Səsinin müxbirinin məlumatına görə, onlar sinələrinə üzərində “Press” yazısı olan plakatlar asıblar.

Türkiyəli jurnalist Kayhan Karaca Amerikanın Səsinə deyib ki, insan hüquqları, demokratiya, qanunun aliliyi, media azadlığı Avropa Şurasının dəyərləridir.

Lakin Karacanın sözlərinə görə, Avropa Şurası son illər media azadlığına lazımi diqqəti yetirmir. AŞ iqtisadi böhranla əlaqədar qurumun işini işıqlandıran medianın büdcəsini kəskin şəkildə azaldıb.

O həmçinin vurğulayb ki, daimi əsaslarla akkreditə olunmuş jurnalistlərin işi üçün otaqlar da jurnalistlərin birgə səyləri sayəsində ayrılıb.

Bundan başqa, Avropa Şurası böhranla əlaqədar Şərqi Avropa ölkələrindən və postsovet məkanından AŞPA sessiyalarına dəvət edilən jurnalistlərin sayını azaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm