Kreml Qərbə meydan oxudu: “Bu mümkün deyil”
Bizi izləyin

Dünya

Kreml Qərbə meydan oxudu: “Bu mümkün deyil”

“Müasir dünyada Rusiyanın təcrid edilməsi qeyri-mümkündür”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Qərbin sanksiya hədələrini şərh edərkən deyib.

“Bu gün dünya qloballaşıb, dünya çoxqütblü olub. Hazırda Rusiya qlobal iqtisadiyyata, maliyyə və siyasi sisteminə o dərəcədə cəlb olunub ki, bütün bu proseslərdən Rusiyanın təcrid edilməsini təsəvvür etmək çətindir. Buna görə də hansısa dəmir pərdə haqqında nitqlər söyləmək lazım deyil” - mətbuat konfransında Matviyenko bildriib.

“Şər deməsən, xeyir gəlməz" deyən Federasiya Şurasının spikeri həmçinin qeyd edib ki, Rusiya sanksiyaların mümkün təsirləri üzərində düşünməyə başlayıb: ”Anlayırıq ki, Rusiya milli ödəmə sistemini yaratmalıdır. Okeanın o tayındakı partnyorların qərarlarından asılı olmamaq üçün bunu etməliyik”.

Xatırladaq ki, ABŞ 17 martda Rusiyanın yüksək vəzifəli siyasətçiləri barəsində sanksiyalar tətbiq edib. Bir neçə gün sonra Avropa İttifaqı da analoji sanksiyalar barədə qərar verib. Rusiya siyasiləri Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə ittiham olunur.

ABŞ və Avropa İttifaqı aprel ayının sonunda siyahını genişləndirib. Qərb hazırda Moskvanı sanksiyaların üçüncü mərhələsi ilə hədələyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm