Dünya
“Moskva Yerevanın xeyrinə addım atmayacaq, çünki…”
“Avropa İttifaqı Ermənistana bir daha assosiasiya haqqında razılaşmaya qayıtmaq imkanını verməyə hazırdır”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Qloballaşma və Regional İnkişaf Mərkəzinin rəhbəri Stepan Qriqoryan erməni mediasına açıqlamasında deyib.
Erməni analitikin sözlərinə görə, Ermənistan Avrasiya inteqrasiya layihələrinə qoşulmayacaq. O, bunu Dağlıq Qarabağ münaqişəsi ilə izah edib: “Ermənistan bunu o zaman edəcək ki, Qarabağ məsələsi onun xeyrinə həll olunacaq. Ancaq bu ağlasığmazdır. Çünki Rusiya bu layihədə Azərbaycanın iştirakında maraqlıdır və buna görə də Ermənistanın xeyrinə addım atmayacaq”.
S.Qriqoryan Azərbaycanın da Avrasiya İttifaqına girməyəcəyini dilə gətirib. Onun sözlərinə görə, Rusiyaya Ermənistan məhz Azərbaycanı ittifaqa cəlb etmək üçün lazımdır.
Ömər Dağlı
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?