Raffi Ovannisyan: “Bu, Qarabağ qarşılığında bizə lazım deyil”
Bizi izləyin

Dünya

Raffi Ovannisyan: “Bu, Qarabağ qarşılığında bizə lazım deyil”

Ermənistanın “İrs” Partiyasının sədri Raffi Ovannisyan erməni-türk sərhədinin açılması barədə yayılan xəbərləri şərh edib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, partiya sədri keçirdiyi mətbuat konfransında sərhədlərin ilkin şərtlər irəli sürülmədən açılmalı olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Türkiyənin “Taraf” qəzeti baş nazir sentyabrda “Alican” sərhəd qapısının açılması üçün təlimat verdiyini yazıb. Qəzet qeyd edib ki, Ermənistan ilə əlaqələrin normallaşdırılması üçün ilk addımı 1915-ci il hadisələrində ölən ermənilərin nəvələrinə başsağlığı ilə atan Rəcəb Tayyib Ərdoğan ikinci addımı atmağa hazırlaşır.

“Alican” sərhəd qapısı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına cavab olaraq 1993-cü ildə bağlanıb. Sərhəd qapısının açılması üçün hazırlıq işləri iki il əvvəl başlayıb. Məlumata görə, “Alican” sərhəd qapısına qədər olan 7 kilometr yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Həmçinin gömrük cihazlarının quraşdırılması işinin tamamlanmaq üzrə olduğu deyilir. “Alican” sərhəd qapısının açılması tələbini ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2009-cu ildə Ankara səfərində dilə gətirmişdi.

“Mən Ankara və Yerevan arasında diplomatik münasibətlərin qaydaya salınması və sərhədinin açılması barədə çağırışları dəstəkləyirəm. Amma erməni-türk sərhədi heç bir şərt olmadan açılmalıdır”, - R.Ovannisyan deyib.

“İrs” sədri Qarabağın təslim edilməsi qarşılığında sərhədin açılmasının əleyhinə olduğunu vurğulayıb: “Diqqət yetirmək lazımdır ki, bu bəyanatlar Türkiyədə səslənir. Bir halda ki, sərhədi türklər açacaqlar, deməli, onlar ilkin şərtləri diktə edir. Türkiyənin erməni soyqırımını tanıyacağı halda sərhədin açılması məsələsinə baxmaq lazımdır”.

R.Ovannisyan sərhədin sentyabr ayında açıqlacağına inanmadığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm