Türkiyənin Naxçıvanı zəmanət altına aldığı müqavilə barədə – Şok iddia
Bizi izləyin

Dünya

Türkiyənin Naxçıvanı zəmanət altına aldığı müqavilə barədə – Şok iddia

Ermənistanın “Yerkramas" qəzeti 2001-ci ildə dünyasını dəyişən erməni diplomatı Levon Eyramdjyansın sensasiyalı məqaləsini dərc edib.

Publika.az-ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, yazıda 1921-ci ildə bağlanan Moskva müqaviləsinin 25 il hüquqi qüvvəsinin olduğu bildirilib.

Qeyd olunub ki, Moskva müqaviləsinin müddəti 1946-cı ilə qədər olub.

Xatırladaq ki, Moskva müqaviləsi 16 mart 2021-ci ildə Rusiya və Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında müqavilədir. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir. Müqaviləni RSFSR tərəfdən Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə TBMM xarici işlər vəkili Yusuf Kemal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad paşa imzalayıb.

Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb. Moskva müqaviləsində erməni diplomatının iddia etdiyi onun hüquqi qüvvəsinin başa çatması ilə bağlı hansısa tarix göstərilməyib.

İddia edilir ki, Moskva müqaviləsi ilə “erməni torpaqları” Türkiyə, Azərbaycan və Gürcüstan arasında bölünüb. “Hərçənd tarixçilər bildirirlər ki, hətta Türkiyə 1946-cı ildə Qərbi Ermənistanı qaytarmağa hazır idi”, - erməni diplomatı bildirib.

Erməni eksperti Naira Ayrumyan iddia edir ki, Moskva müqaviləsi Ermənistanı bölən əsas müqavilədir və “erməni soyqırımı”nın 100-cü ildönümündə onun araşdırılmasına ehtiyacı tədricən yetişir: “Levon Eyramdjyans bildirir ki, bu müqavilələrdə Qərbi və Şərqi Ermənistanın birləşməsi üçün bütün əsaslar var. 2013-cü ildə Ermənistan prezidentinin fərmanı dövlət komissiyalar yaradılıb. Komissiya erməni-türk münasibətlərinə yenidən baxılması üçün hüquqi qovluq hazırlamalıdır. Ermənistanın sabiq baş prokuroru Aqvan Ovsepyan komissiyaya başçılıq edir. O, komissiyanın ilk iclaslarından birində Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı sensasiyalı bəyanatla çıxış edib. Avrasiya İttifaqına girişlə bağlı Ermənistanın qərarından sonra komissiya unuduldu. Görünür, onun işi Türkiyə və Rusiyanın tərəfdaşlıq maraqlarına zidd idi”.

“Komissiyanın hansı qovluğu hazırladığı hələ məlum deyil. Ancaq görünür ki, Ermənistan beynəlxalq müqavilələrin yoxlanılmasını tələb edə bilər. Bu yoxlama çox sadə ola bilər. Belə ki, müqavilənin müddəti 1946-cı ildə bitir və Türkiyə faktiki olaraq bu günə qədər erməni torpaqlarını qanunsuz saxlayır. Ermənistan Qərb və Rusiyanın onu dəstəkləyib-dəstəkləməyəcəyindən asılı olmayaraq belə bir təşəbbüslə çıxış etməlidir”, - N.Ayrumson sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm