Separatçılar əsas şərti irəli sürdü: Moskva…
Bizi izləyin

Dünya

Separatçılar əsas şərti irəli sürdü: Moskva…

“Luqansk Xalq Respublikası” Kiyevlə danışıqlara hazırdır.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Luqansk separatçılarının lideri Valeri Bolotov deyib.

“Doğrudur, Kiyev danışıqların keçirilməsi barədə qiyabi müraciət edib. Amma əvvəllər tətbiq etdiyi ssenariyə getməyəcəyik. Həmin vaxt atəşkəs rejiminin tətbiqi barədə razılaşdıq və onlar mövqelərini dəyişdirə bildilər. Danışıqlar olacaqsa, bizim də şərtlərimiz olacaq”, - separatçıların lideri bildirib.

V. Bolotov şərtlərdən birinin danışıqlarda Rusiyanın da iştirakının olduğunu qeyd edib.

Eyni zamanda, o qeyd edib ki, danışıqların keçirilməsi üçün dəqiq yer və vaxt hələ məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm